Xəbərlər

Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyası müəlliminin təşəbbüsü ilə 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı – Bəşəriyyətə Qarşı Cinayət "adlı açıq dərs təşkil edilmişdir.

Slide 1
Slide 2
Slide 3

Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyası müəlliminin təşəbbüsü ilə 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı – Bəşəriyyətə Qarşı Cinayət "adlı açıq dərs təşkil edilmişdir.

25 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Üniversitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyası müəlliminin təşəbbüsü ilə 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı – Bəşəriyyətə Qarşı Cinayət "adlı açıq dərs təşkil edilmişdir.
Açıq dərs Azərbaycan Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun şəkildə həyata keçirilmişdir.
Açıq dərs Ümummilli Lider Heydər Əliyevin, qəhrəman şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Anım mərasimindən sonra dərsi kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq Xocalı soyqırımının Azərbaycan tarixində ən ağır və faciəli səhifələrdən biri olduğunu vurğulamış, bu cür dərslərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını qeyd etmişdir.
Dərs zamanı Xocalı soyqırımının tarixi-siyasi mahiyyəti, beynəlxalq hüquq baxımından qiymətləndirilməsi, hadisənin Azərbaycan xalqının yaddaşında tutduğu yer və dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verilmişdir. Tələbələr mövzu ətrafında fikir mübadiləsi aparmış, tarixi faktlar əsasında müzakirələr həyata keçirilmişdir.