24 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində tarix müəllimlərinin təşəbbüsü ilə xüsusi dərslər keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq "Xocalı soyqırımı qurbanlarının 34-cü ildönümünün əbədiləşdirilməsi" məqsədilə 24 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində tarix müəllimlərinin təşəbbüsü ilə xüsusi dərslər keçirilmişdir.
Dərsə başlamazdan əvvəl Ümummilli lider Heydər Əliyevin, Vətənimizin suverenliyi uğrunda canından keçmiş soydaşlarımızın və soyqırım qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə ilk olaraq kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinə qanla yazılmış faciəvi səhifələrindən bəhs etmiş, soyqırımın miqyası, günahsız qurbanlar və bu hadisənin beynəlxalq səviyyədə tanınmasının əhəmiyyəti barədə tələbələrə məlumat vermiş, həmçinin, gələcək nəsillərin bu faciəni unutmamasının və həqiqətlərin dünyaya çatdırılmasının vacibliyini vurğulamışdır. Daha sonra tarix müəllimləri də çıxış edərək tələbələrə mövzu barədə ətraflı məlumat vermişlər.
Dərsin sonunda isə mövzuya aid videoçarx nümayiş etdirilmişdir. Bu tədbir Xocalı soyqırımının unudulmaması, gənc nəsillərə çatdırılması və həqiqətlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.



