Xəbərlər

24 fevral 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xüsusi dərslər və anım tədbiri keçirilmişdir.

Slide 1

24 fevral 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xüsusi dərslər və anım tədbiri keçirilmişdir.

24 fevral 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xüsusi dərslər və anım tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun təşkil edilmişdir.
Tədbirin gedişatında Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, hadisənin tarixi kökləri və hüquqi-siyasi aspektlər geniş müzakirə olunmuş, kollecin müəllim və tələbə heyəti tərəfindən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Direktor Asəf Ruşanov çıxışında Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı faciələrdən biri olduğunu vurğulamış və qeyd etmişdir:
“1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törədilən bu kütləvi qırğın bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir. Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırım kimi tanınması vacibdir. Təhsil müəssisələrində bu cür tədbirlərin keçirilməsi gənc nəslin milli yaddaşını qorumağa və tariximizi daha dərindən mənimsəməsinə xidmət edir.”
Kollecin müəllimi Arzu Əsgərov çıxış edərək, Xocalı faciəsinin yalnız bir şəhərin deyil, bütün Azərbaycan xalqının yaddaşında dərin iz qoyduğunu bildirib:
“Xocalı faciəsi təkcə tariximizdə qanlı səhifə deyil, həm də insanlıq əleyhinə törədilmiş cinayətdir. Bizim borcumuz bu faciəni unutmamaq, tarixi dərs kimi gələcək nəsillərə çatdırmaq və gəncləri vətənpərvər ruhda böyütməkdir.”
Tədbirin sonunda iştirakçılar Xocalı soyqırımı ilə bağlı sənədli xronikalar və videoçarxlarla tanış olmuş, kollec rəhbərliyi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bu cür maarifləndirici tədbirlərin davamlı olacağını vurğulamışdır.