20 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının müəllimləri kollecin tələbələri ilə birlikdə Naxçıvan Dövlət Film Fondunda ekskursiyada olmuşlar.

Ekskursiya zamanı tələbələrə ilk olaraq Fondun yaranma tarixi, fəaliyyəti və burada qorunub saxlanılan milli kino irsi haqqında ətraflı məlumat verilmişdir. Daha sonra onlar Kino muzeyi ilə tanış olmuş, Azərbaycan kinosunun inkişaf mərhələlərini əks etdirən eksponatlara baxmışlar.
Sonda Xocalı faciəsinə həsr olunmuş “Müharibə uşaqları” filmini izləmişlər. Film Azərbaycanın torpaqları uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinə həsr edilmişdir və gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə mühüm təsir göstərmişdir.