Xəbərlər

23 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3

23 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

23 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq tədbirlər planına uyğun olaraq təşkil olunmuşdur.

Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən "Fəryad" bədii filminin nümayişi təşkil edilmişdir. Filmin nümayişindən əvvəl kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək 1992-ci ilin 26 fevral tarixində baş vermiş faciə haqqında geniş məlumat vermişdir. O, Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulamış, hadisələrin tarixi və siyasi mahiyyəti barədə ətraflı danışmışdır.

Direktor çıxışında bildirmişdir ki, Xocalı faciəsi xalqımızın qan yaddaşıdır və bu hadisələrin gənc nəslə düzgün çatdırılması mühüm əhəmiyyət daşıyır. O, tələbələri milli dəyərlərə sadiq olmağa, tarixi həqiqətləri öyrənməyə və gələcək nəsillərə ötürməyə çağırmışdır.

Tədbir zamanı Xocalı hadisələri ilə bağlı faktlar, məlumatlar və şahid ifadələri iştirakçıların diqqətinə çatdırılmışdır. Daha sonra “Fəryad” bədii filmi nümayiş etdirilmiş və tələbələr tərəfindən böyük maraq və həssaslıqla izlənilmişdir.

Sonda qeyd olunmuşdur ki, bu cür maarifləndirici tədbirlər gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, tarixi yaddaşın qorunmasına və milli həmrəyliyin möhkəmlənməsinə xidmət edir.