02 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində dəyirmi masa təşkil edilib.
02 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində dəyirmi masa təşkil edilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov, iştirakçıları Gənclər Günü münasibətilə təbrik edərək gənclərin cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynadıqlarını qeyd edib. O, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, eləcə də tələbələrin təhsil və ictimai fəaliyyətlərdə qazandıqları nailiyyətlərdən geniş şəkildə bəhs edib.
Daha sonra kollecin tələbələri Gənclər Günü ilə bağlı çıxış edərək gənclərin fəallığının artırılmasının, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda gənclərin intellektual potensialının üzə çıxarılması və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının əhəmiyyəti xüsusi qeyd olunub.
Tədbirin sonunda Gənclər Günü münasibətilə tələbələrlə söhbət çay süfrəsi arxasında davam edib, xatirə şəkilləri çəkdirilib və dəyirmi masa səmimi, xoş ovqatlı ab-hava şəraitində başa çatıb.

