Xəbərlər

29 yanvar 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Üçrəngli bayrağımın dördüncü rəngi – Şəhid” adlı kitabın təqdimatına həsr olunmuş tədbir keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycan xalqının azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov kitabın əhəmiyyətindən, şəhidlik məfkurəsinin uca tutulmasının vacibliyindən, milli-mənəvi dəyərlərin qorunmasında bu cür nəşrlərin rolundan danışıb. Bildirib ki, “Üçrəngli bayrağımın dördüncü rəngi – Şəhid” adlı kitabda əks olunan ideyalar Vətənə sədaqət, milli birlik və şəhidlərimizə hörmət hissinin cəmiyyətdə daha da möhkəmlənməsinə xidmət edir. Qeyd olunub ki, kitab “Qəmmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub və 48 səhifədən ibarətdir.

Daha sonra Vətən uğrunda canını fəda etmiş bir qəhrəmanı böyüdüb tərbiyə edən, mərdliyin və ləyaqətin canlı nümunəsi olan şəhid atası çıxış edərək öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb.

Ardınca şəhid anası kürsüyə dəvət olunaraq, şəhidlik zirvəsinə ucalan övladın həyat yolundan, Vətən sevgisindən və valideyn qürurundan danışıb.
Sonra çıxış üçün söz Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədova verilib.
Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Yadigar, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Yurdoğlu, eləcə də yazıçı Təranə Arif qızı çıxış edərək kitab, şəhidlik mövzusu və vətənpərvərlik ideyaları haqqında dəyərli fikirlərini bölüşüblər.
Daha sonra “Vətənə xidmətə görə” ordenli, şəhid baş leytenant Qasımov İbrahim Malikəjdar oğlunun formalaşmasında böyük rolu olan 16 nömrəli tam orta məktəbin sabiq direktoru, hörmətli Məlahət Rüstəmova kürsüyə dəvət olunub.
Ətraflı facebook səhifəmizdə