Naxçıvan Dövlət Universiteti tərəfindən tədris prosesinə dəstək məqsədilə “Korporativ maliyyə. Əsas prinsiplər – 2025” adlı dərs vəsaiti Naxçıvan Dövlət Texniki Kollecinə təqdim edilmişdir.
Naxçıvan Dövlət Universiteti tərəfindən tədris prosesinə dəstək məqsədilə “Korporativ maliyyə. Əsas prinsiplər – 2025” adlı dərs vəsaiti Naxçıvan Dövlət Texniki Kollecinə təqdim edilmişdir.
Dərs vəsaitinin Naxçıvan Dövlət Texniki Kollecinin kitabxana fonduna daxil edilməsi tələbələr üçün müasir və etibarlı elmi mənbələrə çıxış imkanını genişləndirir, onların ixtisas biliklərinin möhkəmləndirilməsinə və müstəqil öyrənmə bacarıqlarının inkişafına şərait yaradır. Kitab korporativ maliyyənin əsas anlayışlarını, maliyyə qərarlarının qəbulu, risk və gəlirlilik, investisiya layihələrinin qiymətləndirilməsi, kapital strukturu, maliyyə bazarları və maliyyə risklərinin idarə edilməsini əhatə edir.
Bu dərs vəsaiti bank işi, mühasibat uçotu, bələdiyyə işi və digər iqtisadi yönümlü ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsində və praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır. Həmçinin, müəllimlər üçün dərslərin daha səmərəli təşkili və mövzuların müasir yanaşmalar əsasında izahı baxımından əvəzsiz mənbədir.
Belə müasir və elmi əsaslı dərs vəsaitlərinin kollecə təqdim olunması təhsilin məzmununun yenilənməsinə, tələbələrdə analitik düşüncə və müasir maliyyə yanaşmalarının formalaşdırılmasına, həmçinin peşəkar kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Xüsusilə qeyd olunmalıdır ki, Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayevin təhsilin inkişafına və Naxçıvan Dövlət Texniki Kollecinin kitabxanasına göstərdiyi diqqət və qayğı bu kimi faydalı təşəbbüslərin həyata keçirilməsində əsas rol oynayır və dərs vəsaitinin kollecə təqdim olunmasının əhəmiyyətini daha da artırır.
