Naxçıvan Dövlət Universitetinin təşəbbüsü və dəstəyi ilə “Statistics for Business & Economics” (Cengage Learning, 2017) adlı dərs vəsaiti Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinə təqdim edilmişdir.

Müasir biznes və iqtisadiyyat sahələrində statistik təhlilin əsaslarını əhatə edən bu nəşr, tələbələrin analitik düşünmə bacarıqlarının formalaşdırılması, məlumatların təhlili və qərarvermə proseslərində statistik metodlardan səmərəli istifadə vərdişlərinin inkişaf etdirilməsi baxımından mühüm elmi-pedaqoji əhəmiyyətə malikdir.
Kitabda təsviri statistika, ehtimal nəzəriyyəsi, hipotezlərin yoxlanılması, korrelyasiya və reqressiya təhlili kimi mövzular praktiki nümunələr əsasında izah olunur ki, bu da kollecdə tədris olunan biznes, iqtisadiyyat və idarəetmə yönümlü ixtisaslar üçün xüsusi fayda kəsb edir.
Təhsil müəssisələri arasında elmi əməkdaşlığın gücləndirilməsi və tədris resurslarının zənginləşdirilməsi istiqamətində göstərilən bu diqqət və qayğıya görə Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.