Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmişdir

Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmişdir

20 yanvar 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoymuşdur. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.