Xəbərlər

19 yanvar 2026-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə anım tədbiri təşkil edilib.

Tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində həm faciəvi, həm də şərəfli bir səhifə olduğunu vurğulayıb. O, 1990-cı ilin 20 Yanvar gecəsində dinc əhaliyə qarşı törədilmiş ağır hadisələrdən, xalqımızın göstərdiyi qəhrəmanlıqdan və sarsılmaz milli iradədən ətraflı bəhs edib. Direktor qeyd edib ki, 20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin rəmzidir.

Daha sonra kollecin tarix müəllimi çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri, nəticələri və bu hadisənin Azərbaycan tarixində tutduğu mühüm yer haqqında ətraflı məlumat verib.

Bədii hissə

Tədbirin bədii hissəsində kollecin tələbələri tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, monoloq və səhnəciklər nümayiş etdirilib, həmçinin mövzuya uyğun videoçarx təqdim olunub. Bədii çıxışlar iştirakçılara xalqımızın yaşadığı faciəli və ağrılı günləri bir daha xatırladıb.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başa çatıb.