Xəbərlər

Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayevə Kollecimizə hədiyyə etdiyi “Ekonometrikaya giriş: Müasir yanaşma” kitabına görə dərin minnətdarlığımızı bildiririk.

Slide 1

Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayevə Kollecimizə hədiyyə etdiyi “Ekonometrikaya giriş: Müasir yanaşma” kitabına görə dərin minnətdarlığımızı bildiririk.

Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayevə
Kollecimizə hədiyyə etdiyi “Ekonometrikaya giriş: Müasir yanaşma” kitabına görə dərin minnətdarlığımızı bildiririk.
Bu kitab tələbələr üçün ekonometrikanın əsaslarını müasir və praktik yanaşma ilə mənimsəmək baxımından olduqca dəyərlidir. Nəşr iqtisadi verilənlərin növlərinin öyrənilməsi, regresiya modellərinin qurulması, səbəb–nəticə əlaqələrinin təhlili və empirik iqtisadi araşdırmaların aparılması kimi mühüm mövzuları əhatə edir.
Tələbələr bu kitab vasitəsilə əldə etdikləri nəzəri bilikləri real iqtisadi məsələlərin təhlilində tətbiq etməyi, verilənlərlə işləməyi və düzgün analitik nəticələr çıxarmağı öyrənəcəklər. Bu isə onların həm akademik biliklərinin, həm də praktik bacarıqlarının formalaşmasına mühüm töhfə verəcəkdir.
Belə faydalı və dəyərli elmi mənbənin kollecimizə hədiyyə edilməsi təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu təşəbbüsə görə Sizə bir daha təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə, Kollec müəllimləri.