Xəbərlər

Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayevə kollecimizin kitabxanasına hədiyyə edilən “Statistik nəticəçıxarma” kitabına görə dərin minnətdarlığımızı bildiririk.

Slide 1

Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayevə kollecimizin kitabxanasına hədiyyə edilən “Statistik nəticəçıxarma” kitabına görə dərin minnətdarlığımızı bildiririk.

Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayevə kollecimizin kitabxanasına hədiyyə edilən “Statistik nəticəçıxarma” kitabına görə dərin minnətdarlığımızı bildiririk. Bu dəyərli nəşr statistik biliklərin formalaşması və elmi düşüncə tərzinin inkişafı baxımından tələbələr üçün olduqca əhəmiyyətlidir.
Kitab ehtimal nəzəriyyəsinin əsaslarından başlayaraq statistik nəticəçıxarma mövzularını ardıcıl və sistemli şəkildə izah edir.Bu kitabdan "Riyaziyyat" və "Xətti cəbr və riyazi analiz" fənlərinin tədrisi zamanı istifadə etməklə tələbələrə daha dərin riyazi biliklər vermək mümkün olacaq. Burada statistik paylanmalar, təsadüfi dəyişənlər, parametrlərin qiymətləndirilməsi, etibar intervalları, hipotezlərin yoxlanılması, kifayət və tam statistik göstəricilər, yaxınlaşma üsulları və statistik modellərin praktik tətbiqi kimi mövzular geniş şəkildə əhatə olunur.
Bu kitab tələbələrə yalnız nəzəri biliklər deyil, eyni zamanda statistik məlumatları düzgün təhlil etməyi, real problemlər üzrə əsaslandırılmış qərarlar verməyi, analitik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyi öyrədəcəkdir. Xüsusilə iqtisadiyyat, riyaziyyat, statistika və əlaqəli sahələr üzrə təhsil alan tələbələr üçün möhkəm elmi baza formalaşdıracaqdır.
Bu cür dəyərli akademik resursların tələbələrə təqdim olunması onların bilik səviyyəsinin yüksəlməsinə və gələcək peşə fəaliyyətlərində daha hazırlıqlı olmalarına mühüm töhfə verir. Göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə bir daha öz minnətdarlığımızı bildiririk.