Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecinin kitabxanası Naxçıvan Dövlət Universitetinin diqqət və dəstəyi ilə fəaliyyət göstərir və elmi-tədris prosesinə xidmət edir.

Slide 1

Naxçıvan Dövlət Texniki Kollecinin kitabxanası Naxçıvan Dövlət Universitetinin diqqət və dəstəyi ilə fəaliyyət göstərir və elmi-tədris prosesinə xidmət edir.

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin kitabxanası Naxçıvan Dövlət Universitetinin diqqət və dəstəyi ilə fəaliyyət göstərir və elmi-tədris prosesinə xidmət edir. Bu diqqətin növbəti nümunəsi olaraq, kollecin kitabxanasına “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı təqdim edilmişdir. Sözügedən nəşrin kitabxanaya daxil edilməsi təhsilin keyfiyyətinin artırılması və elmi resurslara əlçatanlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Kitab Naxçıvan Dövlət Universitetinin nəzdində Bioresurslar İnstitutu tərəfindən çap olunmuşdur. Nəşr Naxçıvanın zəngin dərman bitki örtüyünü sistemli və elmi şəkildə təqdim edir. Oxucular kitabda bitkilərin botanik xüsusiyyətləri, yayılma sahələri, xalq təbabətində və müasir tibbdə istifadəsi barədə geniş və əhatəli məlumat əldə edə bilərlər.
Pedaqoji heyət qeyd edir ki, universitet rəhbərliyinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rektoru hörmətli Elbrus İsayevin təhsilə və elmi resursların inkişafına göstərdiyi diqqət nəticəsində kitabxananın imkanları genişlənir. Bu cür nəşrlər tələbələrin və müəllimlərin elmi-tədqiqat fəaliyyətinə müsbət təsir göstərir, dərman bitkilərinin öyrənilməsi və qorunması sahəsində biliklərin dərinləşdirilməsinə şərait yaradır.
Bu addım bir daha göstərir ki, Naxçıvan Dövlət Universiteti kollecləri elmi resurslarla təmin etməklə keyfiyyətli tədris mühitinin formalaşdırılmasına xüsusi önəm verir. Kitabxananın fəaliyyəti həm təhsil, həm elmi araşdırmalar, həm də regionun təbiət və bitki resurslarının qorunması istiqamətində əhəmiyyətli rol oynayır.