Xəbərlər

19 dekabr 2025-ci il tarixində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Qol güləşi yarışı keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

19 dekabr 2025-ci il tarixində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Qol güləşi yarışı keçirilmişdir.

19 dekabr 2025-ci il tarixində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Qol güləşi yarışı keçirilmişdir. Yarışın keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və tələbələrin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi olmuşdur.
Yarışda müxtəlif çəki dərəcələri üzrə güclü və hazırlıqlı idmançılar mübarizə aparmışlar. 61–70 kq çəki dərəcəsində keçirilən yarışda 17 idmançı iştirak etmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda kollecimizin tələbəsi Səfərli Eltun yüksək iradə və əzmkarlıq nümayiş etdirərək 3-cü yerə layiq görülmüşdür.
Qaliblər diplom və mükafatlarla təltif olunmuş, yarış iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Kollec rəhbərliyi Səfərli Eltunu əldə etdiyi nailiyyət münasibətilə təbrik edir, ona gələcək idman fəaliyyətində uğurlar arzulayır.