Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənləri birləşməsi komissiyasının kimya müəllimi tədrisin keyfiyyətinin artırılması məqsədilə kollecin laboratoriyasında praktiki dərs keçirmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənləri birləşməsi komissiyasının kimya müəllimi tədrisin keyfiyyətinin artırılması məqsədilə kollecin laboratoriyasında praktiki dərs keçirmişdir.

19 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənləri birləşməsi komissiyasının kimya müəllimi tədrisin keyfiyyətinin artırılması məqsədilə kollecin laboratoriyasında praktiki dərs keçirmişdir. Praktiki dərs zamanı tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi üçün bir sıra laboratoriya işləri yerinə yetirilmişdir. Aparılan işlər çərçivəsində turşu–əsas indikator reaksiyası (fenolftaleinin protolitik rəng dəyişməsi) müşahidə edilmiş, redoks reaksiyasına nümunə olaraq askorbin turşusunun kalium permanqanatla oksidləşməsi təcrübəsi aparılmışdır. Eyni zamanda kompleksəmələgəlmə reaksiyasını nümayiş etdirmək məqsədilə qliserinin mis(II) hidroksidlə reaksiyası icra olunmuşdur. Təcrübələr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilmiş, tələbələrin fəal iştirakı təmin edilmiş və kimyəvi proseslərin mexanizmi əyani şəkildə izah olunmuşdur.