Xəbərlər

17 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Təranə Arifqızının müəllifi olduğu “Dünya boyda ölümsüzlük” kitabının təqdimat mərasimi keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6

17 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Təranə Arifqızının müəllifi olduğu “Dünya boyda ölümsüzlük” kitabının təqdimat mərasimi keçirilib.

17 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Təranə Arifqızının müəllifi olduğu “Dünya boyda ölümsüzlük” kitabının təqdimat mərasimi keçirilib. Tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Rəsmi hissə

Tədbirin açılışında giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asef Ruşanov kitabın əhəmiyyətindən, şəhidlərin xalqımızın yaddaşında əbədi yaşayacağından danışıb. O bildirib ki, “Dünya boyda ölümsüzlük” kitabı Vətən uğrunda canından keçən qəhrəmanlarımızın həyat və döyüş yolunu gənc nəslə tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır.

Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək şəhid ailələrinə göstərilən dövlət qayğısından, Vətən müharibəsində qazanılan tarixi Zəfərdən və şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqdan söz açıb.

Ardınca Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Yadigar çıxış edərək kitabın bədii və ideya baxımından dəyərini vurğulayıb, şəhid mövzusunun ədəbiyyatımızda mühüm yer tutduğunu qeyd edib.

Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xumar Məmmədova çıxış edərək şəhidlərin adlarının daim uca tutulmasının vacibliyini bildirib və bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib.

Şəhid baş leytenant Hüseynov Raqib Adil oğlunun xatirəsinə həsr olunmuş şeirin səsləndirilməsi üçün Naxçıvan Dövlət Dram Teatrının aktyoru Zakir Fətəliyev səhnəyə dəvət olunub.

Daha sonra şəhidimizin yaxın dostu Ramazan Nəsirov xatirələrini bölüşərək Raqib Hüseynovun döyüş yoldaşları arasında böyük hörmət qazandığını vurğulayıb.

Daha ətraflı facebook səhifəmizdə...