12 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar genişmiqyaslı tədbir keçirilmişdir.
12 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar genişmiqyaslı tədbir keçirilmişdir. Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak etmişdir.
Tədbir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və tədbir rəsmi şəkildə açıq elan edilmişdir.
Kollecin direktoru Asəf Ruşanov giriş nitqi ilə çıxış edərək Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmış, Ulu Öndərin ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın əsaslarının formalaşdırılması və gənclərin hərtərəfli yetişdirilməsi istiqamətində həyata keçirdiyi siyasəti yüksək dəyərləndirmişdir. Direktor vurğulamışdır ki, bu gün Azərbaycanın qazandığı uğurların və sabit inkişafının təməlində məhz Heydər Əliyev ideyaları dayanır.
Daha sonra kollecin tarix müəllimi çıxış edərək Heydər Əliyevin həyat yolundan, dövlətçilik fəaliyyətindən, xalqın gələcəyi naminə gördüyü işlərdən ətraflı bəhs etmişdir. O, həmçinin Ulu Öndərin təhsil sahəsinə göstərdiyi qayğıdan, gənclərin elmə, bilik və vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirdiyi siyasəti xüsusi qeyd etmişdir.
Ardınca kollecin tələbəsinin çıxışı dinlənilmiş, tələbə Heydər Əliyev irsinin gənclər üçün əhəmiyyətindən danışaraq Ulu Öndərin keçdiyi şərəfli yolun bu gün də Azərbaycan gəncliyi üçün örnək olduğunu vurğulamışdır.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunmuş, şairlərin Heydər Əliyevə həsr etdikləri şeirlər səsləndirilmişdir. Tədbirin sonunda Heydər Əliyevin həyat yolunu və dövlətçilik fəaliyyətini əks etdirən videoçarx iştirakçılara təqdim edilmişdir.
Sonda tədbirin əhəmiyyəti vurğulanmış, Ulu Öndərin zəngin irsinin daim yaşayacağı, Azərbaycan xalqının Heydər Əliyev ideyalarına sadiq qalacağı qeyd edilmişdir.


