4–5 dekabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kolleci ilə Iğdır Milli Eğitim Vakfı Anadolu Lisesi arasında imzalanmış
4–5 dekabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kolleci ilə Iğdır Milli Eğitim Vakfı Anadolu Lisesi arasında imzalanmış, hər iki ölkə üçün ilk beynəlxalq xarakterli “Qardaş məktəb” layihəsi çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti xüsusi dəvət əsasında Iğdır şəhərində səfərdə olmuşlar.
Səfərin əsas məqsədi təhsil müəssisələri arasında elmi-pedaqoji əlaqələrin genişləndirilməsi, tədris prosesində tətbiq olunan yeni metodların öyrənilməsi, təcrübə mübadiləsinin aparılması və gələcək birgə layihələrin həyata keçirilməsi olmuşdur. Bu məqsədlə müəllim heyəti liseyin pedaqoji kollektivi ilə görüşlər keçirmiş, müxtəlif istiqamətlər üzrə müzakirələr aparmış və əməkdaşlıq imkanlarını dəyərləndirmişdir.
Tələbə heyəti də səfər çərçivəsində liseyin şagirdləri ilə mədəni, yaradıcılıq və sosial fəaliyyətlərdə iştirak etmiş, iki ölkənin gəncləri arasında qarşılıqlı dostluq və ünsiyyət əlaqələrini daha da gücləndirmişdir.
Səfərin sonunda həm müəllimlərin, həm də tələbələrin layihədə aktiv iştirakını qiymətləndirmək məqsədilə “Katılım Belgesi” təqdim olunmuşdur. Sənəd layihədə iştirakın rəsmi olaraq təsdiqi olmaqla yanaşı, iki təhsil müəssisəsinin əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə verilən töhfənin də bir göstəricisidir.