Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəlliminin Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev Muzeyi"ndə açıq dərsi keçirilmişdir.**
09 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəlliminin Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev Muzeyi"ndə açıq dərsi keçirilmişdir.**
Dərsə başlamazdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətini ehtiramla yad etmiş, onun xatirəsinə ucaldılmış heykəlin qarşısında hörmət və minnətdarlıq duyğularını ifadə etmişlər. Açıq dərsdə müəllim Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, gənclərin təhsili, milli ideologiyanın formalaşması və müasir Azərbaycan quruculuğundakı tarixi xidmətləri haqqında ətraflı məlumat vermişdir.
Tədris prosesində Ümummilli Liderin həyat yolunu, siyasi fəaliyyətini, ideyalarının bu gün də ölkəmizin inkişafında əsas istiqamət olduğunu əks etdirən təqdimatlar nümayiş olunmuş, tələbələrlə sual-cavab və müzakirələr aparılmışdır. Dərs həm maarifləndirici məzmunu, həm də Heydər Əliyev irsinin dərindən təbliği baxımından yüksək səviyyədə təşkil olunmuşdur.


