Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

09 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov iştirakçıları salamlayaraq mövzunun əhəmiyyətindən, ekoloji təhlükəsizliyin təmin olunmasında hüquqi maarifləndirmənin vacibliyindən geniş məlumat vermişdir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, həmçinin Naxçıvan Dövlət Universitetinin əməkdaşı Türkanə Əliyeva mövzu ilə bağlı çıxış edərək ətraf mühitin qorunmasının hüquqi mexanizmləri, vətəndaş məsuliyyəti və ekoloji təhlükəsizlik istiqamətində görülən tədbirlər barədə iştirakçıları məlumatlandırmışlar.

Tədbirin sonunda mövzuya dair hazırlanmış videçarx izlənilmiş, ətraf mühitin mühafizəsi ilə bağlı vacib mesajlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.