Xəbərlər

“Uşaqların zərərli informasiyalardan qoruyaq” mövzusunda tədbir keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

“Uşaqların zərərli informasiyalardan qoruyaq” mövzusunda tədbir keçirilib.

“Uşaqların zərərli informasiyalardan qoruyaq” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Ombudsman aparatının, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, daxili işlər, rəqəmsal inkişaf və nəqliyyat nazirliklərinin əməkdaşları, həmçinin “Günəş Uşaq Akademiyası” ictimai birliyinin nümayəndəsi, kollecin müəllim və tələbələri iştirak edib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Ombudsman aparatının şöbə müdiri Sərxan Əkbərov və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov uşaqların zərərli informasiyalardan qorunmasının insan hüquqlarının müdafiəsi baxımından strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, bu məqsədlə təşkil olunan tədbirlərin cəmiyyətin maarifləndirilməsi və hüquqi şüurun formalaşdırılması istiqamətində mühüm rol oynadığını qeyd ediblər.

Daha sonra Ombudsman aparatının əməkdaşı Nurane Kərimova “Uşaqları zərərli vərdiş və informasiyalardan qoruyaq”, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Səttar Əsgərov “Zərərli informasiyanın yayılması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət”, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı İnci Həsənova “Uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit”, “Günəş Uşaq Akademiyası” ictimai birliyinin təsisçisi və direktoru Ulduz Əliyeva “Uşaqları zərərli vərdişlərdən qorumaq üçün valideyn və müəllim nələrə diqqət yetirməlidir?” mövzularında çıxış edərək iştirakçılara geniş məlumat veriblər.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və dövlət uşaq siyasətinə dair videoçarx nümayiş etdirilib.