Xarici dillər fənlər birləşmə komissiyasının ingilis dili müəllimlərinin təşəbbüsü ilə kollecimizin 100 illik yubileyinə həsr olunmuş “Who Wants to Be a Brainionaire?” adlı bilik yarışmasının mükafatlandırma tədbiri keçirilmişdir.
08 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənlər birləşmə komissiyasının ingilis dili müəllimlərinin təşəbbüsü ilə kollecimizin 100 illik yubileyinə həsr olunmuş “Who Wants to Be a Brainionaire?” adlı bilik yarışmasının mükafatlandırma tədbiri keçirilmişdir.
Tədbirdə yarışmanın məqsədi, gedişi və nəticələri barədə məlumat verilmiş, iştirakçı tələbələrin ingilis dili üzrə bilik və bacarıqlarının inkişafında belə tədbirlərin əhəmiyyəti vurğulanmışdır.
Yarışmada fərqlənən komandalar diplomlarla təltif olunmuşdur
Bundan əlavə, yarışmada fəallıq göstərən digər iştirakçı və komandalar da Təşəkkürnamə ilə təltif olunmuş, onların bilik yarışına göstərdikləri maraq və təşəbbüskarlıq yüksək qiymətləndirilmişdir.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıq bildirilmiş, gələcəkdə də bu kimi maarifləndirici bilik yarışlarının davam etdiriləcəyi vurğulanmışdır.


