Naxçıvan Dövlət Texniki Kollecinin nümayəndə heyəti İğdır Milli Eğitim Vakfı Anadolu Lisesində keçirilən “Yerelden Küresele Akademik Başarı ve Bir Bilim İnsanının Yolculuğu” adlı genişmiqyaslı elmi–maarifləndirici tədbirdə iştirak etmişdir.
Səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin nümayəndə heyəti İğdır Milli Eğitim Vakfı Anadolu Lisesində keçirilən “Yerelden Küresele Akademik Başarı ve Bir Bilim İnsanının Yolculuğu” adlı genişmiqyaslı elmi–maarifləndirici tədbirdə iştirak etmişdir.
Tədbir Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və ardınca Türkiyə Respublikası və Azərbaycan Respublikasının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlamışdır.
Tədbir yüksək səviyyəli təşkilatı ilə seçilmiş və İğdır bölgəsinin elm, təhsil və yerli idarəetmə sahəsinin nüfuzlu nümayəndələrinin iştirakı ilə baş tutmuşdur.
Tədbirdə iştirak edənlər
• Iğdır Universiteti Rektoru, Prof. Dr. Ekrem GÜREL
• Iğdır Universiteti Rektor Yardımcısı, Doç. Dr. Uğur ŞİMŞEK
• Iğdır Belediyesi Başkan Yardımcısı, Nesim Yiğit
• Iğdır İl Milli Eğitim Müdürü, Aziz Gün
• Iğdır İl Milli Eğitim Müdürlüğü Şube Müdürü, Cevdet Parlar
Milli Eğitim Vakfı Anadolu Lisesinin direktoru, Ali Ekber Acar
Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, Asəf Ruşanov
İğdır şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri və layihənin baş dəstəkçisi, Ziya Zakir Acar
Mərasimdə çıxış edən rəsmi nümayəndələr “Yerlidən qlobal arenaya yüksəliş”, “Akademik uğurun əsas prinsipləri” və “Elm insanının formalaşma yolu” mövzularında dəyərli fikirlər səsləndirmiş, gənclərə elm, təhsil və şəxsi inkişaf sahəsində motivasiya verən tövsiyələr paylaşmışlar.
Tədbirin əsas məqsədi şagird və tələbələrdə elmə marağın artırılması, akademik karyera proseslərinin izahı, həmçinin gənclərin beynəlxalq miqyasda elm adamı kimi yetişmə perspektivlərini göstərmək olmuşdur.
Panel müzakirələrində həm yerli, həm də qlobal elmi fəaliyyətin tələbləri, müasir təhsil tendensiyaları, innovasiya və tədqiqat mədəniyyətinin formalaşması kimi mühüm məsələlər diqqət mərkəzində olmuşdur.
Naxçıvan Dövlət Texniki Kollecinin nümayəndələrinin bu tədbirdə iştirak etməsi iki ölkənin təhsil müəssisələri arasında əməkdaşlığın daha da güclənməsinə, elmi-pedaqoji təcrübə mübadiləsinin genişlənməsinə və gənclər üçün yeni perspektivlərin açılmasına şərait yaratmış







