Xəbərlər

“Qardaş məktəb” layihəsinin həyata keçirilməsi Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən və Türkiyədə yeganə Azərbaycan təmsilçilik mərkəzi olan “Azərbaycan Evi”nin dəstəyi ilə mümkün olmuşdur.

Slide 1
Slide 2
Slide 3
Slide 4

“Qardaş məktəb” layihəsinin həyata keçirilməsi Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən və Türkiyədə yeganə Azərbaycan təmsilçilik mərkəzi olan “Azərbaycan Evi”nin dəstəyi ilə mümkün olmuşdur.

“Qardaş məktəb” layihəsinin həyata keçirilməsi Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən və Türkiyədə yeganə Azərbaycan təmsilçilik mərkəzi olan “Azərbaycan Evi”nin dəstəyi ilə mümkün olmuşdur. Layihənin icrasında xüsusilə “Azərbaycan Evi”nin sədri Ziya Zakir Acarın göstərdiyi maliyyə və təşkilati yardım böyük rol oynamışdır.

Ziya Zakir Acarın təşəbbüsü ilə təmin olunan maddi və logistik dəstək sayəsində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyətinin Iğdır şəhərinə səfəri yüksək səviyyədə təşkil edilmiş, proqram çərçivəsində nəzərdə tutulan bütün görüşlər, əməkdaşlıq müzakirələri və mədəni fəaliyyətlər uğurla yerinə yetirilmişdir.

“Azərbaycan Evi” uzun illərdir Türkiyə–Azərbaycan qardaşlıq əlaqələrinin gücləndirilməsi, diaspor fəaliyyətlərinin genişləndirilməsi və iki xalq arasında təhsil, mədəniyyət və ictimai sahələrdə körpü rolunu oynayan mühüm bir mərkəzdir. Layihə çərçivəsində təşkil olunan tədbirlər də bu missiyanın davamı olaraq həyata keçirilmişdir.

Ziya Zakir Acarın şəxsi dəstəyi, diqqəti və qonaqpərvərliyi nəticəsində kollecin nümayəndə heyəti üçün Iğdır şəhərində görüşlər, tanıtım tədbirləri, məktəblərarası əməkdaşlıq müzakirələri, həmçinin mədəni proqramlar təşkil edilmişdir. Bu isə tərəflər arasında təhsil sahəsində yeni imkanların açılmasına, birgə layihələrin hazırlanmasına və gələcək təhsil mübadiləsi perspektivlərinin formalaşmasına geniş şərait yaratmışdır.

Tərəflər arasında həmçinin birgə tədbirlərin, təlim-seminarların təşkili, mədəni layihələrin həyata keçirilməsi, gələcəkdə isə şagird və tələbə dəyişmə proqramlarının icrası kimi mühüm istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.