Xəbərlər

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kolleci ilə Iğdır Milli Eğitim Vakfı Anadolu Lisesi arasında imzalanmış hər iki ölkə üçün ilk beynəlxalq “Qardaş məktəb” layihəsi çərçivəsində yeni əməkdaşlıq mərhələsi başlayıb.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6
Slide 7

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kolleci ilə Iğdır Milli Eğitim Vakfı Anadolu Lisesi arasında imzalanmış hər iki ölkə üçün ilk beynəlxalq “Qardaş məktəb” layihəsi çərçivəsində yeni əməkdaşlıq mərhələsi başlayıb.

4-5 dekabr 2025-ci il tarixlərdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kolleci ilə Iğdır Milli Eğitim Vakfı Anadolu Lisesi arasında imzalanmış hər iki ölkə üçün ilk beynəlxalq “Qardaş məktəb” layihəsi çərçivəsində yeni əməkdaşlıq mərhələsi başlayıb.

Layihə çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti Iğdır şəhərinə xüsusi dəvət olunmuşdur. Səfərin əsas məqsədi iki təhsil müəssisəsi arasında elmi-pedoqoji əlaqələrin genişləndirilməsi, təhsil mühitinin qarşılıqlı öyrənilməsi, təcrübə mübadiləsi və ortaq layihələrin həyata keçirilməsidir.

Səfər proqramı çərçivəsində kollecin müəllimləri Milli Eğitim Vakfı Anadolu Lisesinin pedaqoji heyəti ilə görüşlər keçirmiş, təhsil strategiyaları, fənn metodikaları və şagird-tələbə fəaliyyətlərinin təşkili barədə fikir mübadiləsi aparmışlar. Eyni zamanda kollecin tələbələri liseyin şagirdləri ilə müxtəlif mədəni, sosial və yaradıcı fəaliyyətlərdə iştirak edərək qarşılıqlı əlaqələri daha da möhkəmləndirmişlər.

Tədbir çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri müxtəlif bədii proqramla çıxış edərək mərasimə xüsusi rəng qatmışlar. Tələbələrimizin rəqs, şeir və mahnı ifaları tədbirin ən təsirli və yaddaqalan hissələrindən biri olmuşdur.

İlk olaraq tələbələr milli musiqi sədaları altında səhnəyə çıxaraq Azərbaycan rəqs mədəniyyətini əks etdirən kompozisiya nümayiş etdirmişlər. Milli geyimlərdə təqdim olunan bu rəqs nömrəsi auditoriyada böyük maraq oyatmış, həm dinamika, həm harmoniya, həm də peşəkar ifa tərzi ilə alqışlanmışdır.

Bədii proqramın növbəti hissəsində tələbələr Vətənə, qardaşlığa və birliyə həsr olunmuş şeirləri səsləndirmişlər. Şeir ifaları həm emosional təqdimatı, həm də məzmun dərinliyi ilə tədbirin ruhuna uyğun şəkildə seçilmiş, iştirakçıların hisslərinə təsir etmişdir.

Bu səfər hər iki təhsil müəssisəsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki layihə həm gənclərin dünyagörüşünün genişlənməsinə, həm də Azərbaycan və Türkiyə təhsil müəssisələri arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə yeni töhfə verir.