14 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdindəki Naxçıvan Dövlət Texniki Kollecində Xarici Dillər fənn birləşməsi komissiyası tərəfindən "Vətənpərvərlik" mövzusunda esse yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin məqsədi tələbələrin Vətənə olan sevgisini, milli dəyərlərə bağlılığını ifadə etmələrinə imkan yaratmaqdır. Tələbələr, vətənpərvərlik mövzusunda düşüncələrini, şəxsi təcrübələrini və hisslərini yazılı formada təqdim etmişlər.
Bu cür tədbirlər, gənclərin milli kimliklərini gücləndirmək və vətənə xidmət ruhunu artırmaq baxımından əhəmiyyətlidir. Müsabiqədə iştirak edənlər arasında müxtəlif mükafatlar və sertifikatlar təqdim olunmuşdur.