14 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Tələbə Gənclər Təşkilatının üzvləri tərəfindən "Şəhidləri Unutmamalıyıq" adlı videoçarxın təqdimatı olunub.

Bu videoçarx, Azərbaycanın qəhrəman şəhidlərinin xatirəsinə həsr edilərək, onların vətən uğrunda göstərdikləri fədakarlığı və qəhrəmanlığı vurğulamağı hədəfləyib. Təqdimat zamanı tələbələrə, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda edən igidlərimizin xatirəsinin əbədiləşdirilməsi vacibliyi izah olunub.
Tələbələr videoçarxın təsirli məzmunu və şəhidlərimizin mübarizəsini əks etdirən görüntülərin gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqda böyük əhəmiyyət daşıdığını qeyd ediblər.