Xəbərlər

4-5 noyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin fakültələri və nəzdində olan kolleclərin oğlanlardan ibarət voleybol komandaları arasında yarış təşkil olunmuşdur.

Slide 1
Slide 2

4-5 noyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin fakültələri və nəzdində olan kolleclərin oğlanlardan ibarət voleybol komandaları arasında yarış təşkil olunmuşdur.

4-5 noyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin fakültələri və nəzdində olan kolleclərin oğlanlardan ibarət voleybol komandaları arasında yarış təşkil olunmuşdur. Yarışda ümumilikdə 11 komanda iştirak etmişdir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunlarda Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin komandası yüksək nəticə göstərərək turnirdə III yerə layiq görülmüşdür.

Bu nailiyyət kollecin tələbələrinin idmana olan marağının, komanda ruhunun və qarşılıqlı əməkdaşlığının göstəricisidir. Kollecin rəhbərliyi və müəllim heyəti komandaya gələcək yarışlarda da uğurlar arzulayır.