Kollecinin Ümumi təhsil texniki fənn birləşmə komissiyasının müəllimləri və tələbə heyəti Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyinə ekskursiya etmişdir.
05 noyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki fənn birləşmə komissiyasının müəllimləri və tələbə heyəti Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyinə ekskursiya etmişdir. Ekskursiyanın məqsədi tələbələrdə dövlət rəmzlərinə, xüsusilə Azərbaycan Respublikasının müqəddəs üçrəngli bayrağına hörmət və məhəbbət hissinin artırılması, milli-mənəvi dəyərlərimizin təbliği olmuşdur.
Ekskursiya zamanı tələbələr muzeydə nümayiş olunan tarixi eksponatlarla yaxından tanış olmuş, Azərbaycan bayrağının yaranma tarixi, rəmzi mənası və onun milli dövlətçiliyimizdəki rolu haqqında ətraflı məlumat əldə etmişlər.
Tələbələr muzeyin ekspozisiyalarına böyük maraq göstərmiş, ekskursiyanın sonunda Azərbaycan dövlətçiliyinin inkişafında bayrağımızın əhəmiyyətini bir daha dərk etmişlər.
Bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli kimliyimizin qorunmasına xidmət edir.

