Naxçıvan Dövlət Texniki Kollecinin Xarici Dillər fənn birləşmə komissiyasının müəllimlərinin təşəbbüsü ilə tələbələr Naxçıvan Dövlət Universitetinin linqvistik otağında keçirilən praktiki dərsdə iştirak etmişlər.
04 noyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici Dillər fənn birləşmə komissiyasının müəllimlərinin təşəbbüsü ilə tələbələr Naxçıvan Dövlət Universitetinin linqvistik otağında keçirilən praktiki dərsdə iştirak etmişlər.
Tədrisin əsas məqsədi iki fənn – ingilis və alman dilləri arasında inteqrasiya yaradaraq tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirmək, həmçinin onların hər iki dildə peşəkar ünsiyyət vərdişlərini formalaşdırmaq olmuşdur.
Dərs zamanı müəllimlər tərəfindən interaktiv üsullardan istifadə olunmuş, tələbələr müxtəlif situasiyalarda dialoqlar quraraq ingilis və alman dillərində öz fikirlərini sərbəst ifadə etmişlər. Eyni zamanda dinləmə, danışıq və təqdimat bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilmişdir.
Belə dərslər tələbələrin nəzəri biliklərini praktiki bacarıqlara çevirməsinə, xarici dillərə marağının artırılmasına və gələcək peşəkar fəaliyyətlərində daha səlis, düzgün və inamlı şəkildə ünsiyyət qurmaq qabiliyyətinin inkişafına şərait yaradır.


