4 Noyabr 2025 ci ildə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki fənlər birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə "Qəhrəmanlıq Dastanı - 8 Noyabr " adlı açıq dərs keçirilmişdir.

Bu açıq dərs Azərbaycan tarixində qürurverici səhifə olan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını yad etmək, 8 Noyabr – Zəfər Gününün xalqımız üçün mənəvi və tarixi dəyərini tələbələrə aşılamaq məqsədi daşıyır.
Dərs zamanı tələbələr Vətən müharibəsində göstərilən igidliklər, şəhid və qazilərimizin qəhrəmanlığı, eləcə də xalqımızın birliyi və dönməz iradəsi barədə təqdimatlar, videoçarxlar və bədii kompozisiyalarla çıxış etmişlər.
Tədbir həm maarifləndirici, həm də ruhlandırıcı xarakter daşıyır. Açıq dərs zamanı tələbələr Vətən sevgisinin, azadlıq uğrunda mübarizənin və qəhrəmanlığın əsl mənasını dərk etmiş Zəfər Gününü bir daha böyük iftixar hissi ilə qeyd etmişlər.