Xəbərlər

3 noyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxışında qeyd edib ki, qəhrəman qazilərin fədakarlığı tariximizin şanlı səhifələrindən biri kimi daim yaşayacaq. Direktor vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunun formalaşmasında bu kimi görüşlərin mühüm rolu var və bu tədbirlər gələcək nəsillərə qəhrəmanlıq nümunəsi kimi təqdim olunur.

Daha sonra çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycan xalqının həmrəyliyi, mübarizliyi və ordumuzun qüdrəti sayəsində əldə olunub. O, qazilərin göstərdiyi rəşadətin gələcək nəsillər üçün böyük nümunə olduğunu vurğulayıb.

Naxçıvan Qaziləri İctimai Birliyinin nümayəndəsi isə çıxışında Vətən müharibəsi iştirakçılarının döyüş yolundan, göstərdikləri igidlik nümunələrindən söz açıb, qazilərin müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasındakı rolunu yüksək qiymətləndirib.

Tədbir çərçivəsində qazilər və tələbələr arasında səmimi söhbət aparılıb, müharibə xatirələri bölüşülüb, gənclərin sualları cavablandırılıb.

Sonda “Zəfər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.