28–29 oktyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin fakültələri və nəzdində olan kolleclərin komandaları arasında mini futbol üzrə yarış təşkil edilmişdir.
28–29 oktyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin fakültələri və nəzdində olan kolleclərin komandaları arasında mini futbol üzrə yarış təşkil edilmişdir. Yarışda ümumilikdə 11 komanda iştirak etmiş, komandalar arasında gərgin və maraqlı mübarizə şəraiti yaranmışdır.
Kollecimizin komandası turnirdə yüksək peşəkarlıq, komanda ruhu və mübarizlik nümayiş etdirərək uğurlu nəticə əldə etmiş, ümumi sıralamada 3-cü yerə layiq görülmüşdür. Bu nailiyyət tələbələrimizin idmana olan marağını, fiziki hazırlığını və komanda şəklində birgə fəaliyyət göstərmək bacarığını bir daha nümayiş etdirmişdir.
Bu kimi yarışların keçirilməsi gənclərdə sağlam həyat tərzinin təşviqinə, həmrəyliyin və dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.


