31 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollercinin Humanitar fənlər birləşməsi komissiyasının tarix müəllimləri "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunmuş açıq dərs keçirmişdir.

Açıq dərsdə tarix müəllimləri konstitusiya və suverenlik anlayışı və onların tarixi, dövlətçilik tariximizdə konstitusiyanın rolu və müasir dövrdə konstitusiyamızda əksini tapmış insan hüquq və azadlıqları barədə çıxış edərək mövzunun əhəmiyyəti barədə məlumat vermişlər.
Dərsin gedişatında tələbələri maraqlandıran suallar cavablandırılmış, bəziləri öz fikirlərini paylaşmışdır. Dərsin sonunda isə "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunmuş bir videoçarx nümayiş etdirilmişdir. Bu tədbir tələbələrin konstitusiya dəyərləri və suverenlik anlayışı ilə bağlı məlumatlanmalarına kömək etmişdir.