Xəbərlər

Ümumi təhsil texniki fənn birləşməsinin müəllimlərinin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Suveren Dövlətin Konstitusiyası” adlı interaktiv olimpiada təşkil olunmuşdur.

Slide 1
Slide 2
Slide 3

Ümumi təhsil texniki fənn birləşməsinin müəllimlərinin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Suveren Dövlətin Konstitusiyası” adlı interaktiv olimpiada təşkil olunmuşdur.

31 oktyabr 2025-ci il Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki fənn birləşməsinin müəllimlərinin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Suveren Dövlətin Konstitusiyası” adlı interaktiv olimpiada təşkil olunmuşdur. Olimpiadada 4 komanda iştirak etmiş və hər komandada 4 tələbə olmaqla ümumilikdə fəal tələbələrimiz yarışmışdır.

Tədbir zamanı Konstitusiya və suverenlik mövzuları üzrə tələbələrə açıq suallar təqdim olunmuş, komandalar dövlətçilik biliklərini nümayiş etdirmişlər. Suallara ən çox düzgün cavab verən komanda diplom və hədiyyələrlə təltif olunmuşdur.

Bu tədbir tələbələrdə hüquqi biliklərin artırılması, dövlətçilik dəyərlərinin təbliği və vətəndaşlıq şüurunun gücləndirilməsi məqsədini daşıyırdı.