Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə açıq dərs keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3

31 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə açıq dərs keçirilmişdir.
Tədbirin məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında əldə edilən möhtəşəm tarixi qələbənin mahiyyətini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı, xalq–ordu birliyinin əhəmiyyətini tələbələrə geniş şəkildə izah etmək olmuşdur.
Dərs zamanı 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Şəhidlərimizin və qazilərimizin misilsiz qəhrəmanlığı, dövlətimizin diplomatik və hərbi-strateji üstünlükləri haqqında tələbələrə məlumat verilmiş, videoçarxlar nümayiş olunmuş, müzakirələr aparılmışdır.
Sonda tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.