Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində tələbələrin vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə növbəti tədbir təşkil olunub.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində tələbələrin vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə növbəti tədbir təşkil olunub. 14 oktyabr 2024-cü il tarixində Texniki ixtisaslar fənn birləşməsinin müəllimi tərəfindən kollec tələbələri ilə birlikdə xatirə muzeyinə ziyarət təşkil edilib.Bu ziyarət zamanı tələbələr tarixi məlumatlarla tanış olub, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsini yad ediblər. Muzeydə sərgilənən eksponatlar vasitəsilə tələbələr tarixi hadisələrin əhəmiyyətini daha dərindən dərk edərək, Azərbaycan xalqının mübarizə ruhu və qəhrəmanlıq dolu keçmişi haqqında məlumat əldə ediblər.Ziyarətin sonunda tələbələr öz təəssüratlarını bölüşərək, belə ziyarətlərin milli vətənpərvərlik duyğularının formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Ziyarətin təşkilində əsas məqsəd, gənclərin tariximizə olan marağını artırmaq və gələcək nəsillərə milli dəyərlərimizi aşılamaq olub