12 oktyabr tarixində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti ilə görüş keçirdi.
12 oktyabr tarixində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti ilə görüş keçirdi. Görüş zamanı kollecin fəaliyyəti və tədris prosesi ilə bağlı ətraflı müzakirələr aparıldı.
Rektor Elbrus İsayev, müəllim və tələbələrlə təhsil sahəsində qarşıda duran hədəflər, inkişaf imkanları və tədris keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi apardı. Həmçinin müəllim və tələbələrin təhsil sahəsində istiqamətlənməsi o cümlədən təhsildə keyfiyyətin artırılması üçün mühüm tövsiyə və təkliflər verdi. Rektor qeyd etdi ki, "Yeni innovativ təhsil texnologiyalarından istifadə etmək tələbələr və müəllimlər üçün olduqca əhəmiyyətlidir. Kollecin rəsmi saytının açılışı da əlbəttəki böyük uğurdur." Görüş iştirakçıları arasında açıq dialoq mühiti yaradılaraq təklif və problemlər müzakirə edildi.
Həmçinin Kollecin direktoru Asəf Ruşanov müəllim və müəllim heyətindən də müəyyən çıxışlar dinlənilmişdir. Onlar kollecin uğurları və saytın əhəmiyyəti, gətirəcəyi yeni uğurlar haqqında danışmışlar.
Görüş çərçivəsində həmçinin Naxçıvan Dövlət Texniki Kollecinin yeni rəsmi internet saytının təqdimatı keçirildi. Təqdimat zamanı saytın funksionallığı, istifadəsi və kollecin fəaliyyəti ilə bağlı məlumatların necə əldə ediləcəyi haqqında geniş məlumat verildi. Həmçinin saytda elektron jurnal, kitabxana, dərs cədvəlləri, müəllimər haqqında məlumat və.s olmaqla bir neçə bölmə vardır. Yeni açılan sayt interaktiv tələblərə cavab verən olduqca operativ bir sistemdir. Bu sayt, kollecin tələbələri, müəllimləri və ictimaiyyət üçün təhsil müəssisəsinin müxtəlif fəaliyyətləri barədə dolğun məlumatları çatdıracaq.
Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərməsi böyük uğurdur. Bu gün keçirilən görüş, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kolleci arasında əməkdaşlığın daha da gücləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin artırılmasına töhfə verəcək mühüm bir addım kimi qiymətləndirildi.