Cop29 la bağlı keçirilən silsilə tədbirlər davam edir
28 iyun 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və humanitar fənlər birləşməsi komissiyasının İngilis dili müəllimi Əliyeva Göyçək “ Let's protect our nature” başlığı altında Cop29-la əlaqədar olaraq kollecin II kurs Aqrar (fermer) təsərrüfatının təşkili ixtisasının tələbələri ilə birgə “Böyük bağ”a ekskursiya təşkil ediblər.Müəllimə tələbələrə məlumat verərək bildiribki,Böyük bağ Naxçıvanın ikiəsrlik tarixinə şahidlik etmiş tarix-etnoqrafik abidədir. Naxçıvan şəhərində hələ də öz gözəlliyini qoruyub saxlayan, qoca ağacları ilə sakinlərin əsl istirahət məkanına çevrilən bu bağın yaranma tarixinə nəzər saldıqda məlum olur ki, bağ Azərbaycan Rusiyaya ilhaq edildikdən sonra – 1914-cü ildə şəhər xeyriyyəçilərinin vəsaiti ilə (xüsusilə Şahbazağa Kəngərli, Kərbəlayi Musa, Miriş Ağanın təşəbbüsü ilə) “Padşahlıq bağı” adı ilə salınmışdır. Bağın salındığı ərazi Naxçıvan əhalisinin köhnə qəbiristanlığı olmuşdur. Ərazinin köhnə qəbiristanlıq olması haqqında məlumata rus tədqiqatçısı K.A.Nikitinin yazılarında da rast gəlinir. O yazır ki, bağın olduğu ərazi Naxçıvan şəhərinin qədim tatar (azərbaycanlı) qəbiristanlığı olmuşdur. O həmçinin bağda müxtəlif növ – çinar, qaraağac, akasiya kimi dekorativ ağacların olması haqqında da məlumat verir. Bağda əkilən ağacları suvarmaq məqsədilə Bazar çayından ora su arxı çəkilmişdir.