Xəbərlər

Ümumtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi 3-cü kurs “Kompüter sistemlərində proqram təminatı” ixtisası üzrə təhsil alan tələbələr üçün “İnformasiya texnologiyaları” fənnindən dərs keçirmişdir.

Slide 1
Slide 2

27 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi 3-cü kurs “Kompüter sistemlərində proqram təminatı” ixtisası üzrə təhsil alan tələbələr üçün “İnformasiya texnologiyaları” fənnindən dərs keçirmişdir.

Dərs Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin STEAM kabinetində təşkil olunmuş və “Fərdi kompüterlərin aparat təminatı” mövzusuna həsr edilmişdir.
Müəllim dərs zamanı tələbələrə fərdi kompüterlərin əsas aparat hissələri – ana plata, prosessor, əməli yaddaş, daimi yaddaş qurğuları, giriş-çıxış cihazları və enerji təchizatı sistemləri haqqında ətraflı məlumat vermişdir. Həmçinin kompüterin aparat hissələrinin qarşılıqlı əlaqəsi, onların proqram təminatı ilə inteqrasiyası və diaqnostika üsulları praktiki şəkildə nümayiş etdirilmişdir.