Xəbərlər

27 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Naxçıvan Dövlət Texniki Kolleci – 100 illik tarix” adlı kitabın təqdimatı keçirilib.

Slide 1
Slide 2

Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq, kollecin 100 illik fəaliyyət yolundan, təhsil ocağının inkişaf mərhələlərindən və kitabın əhəmiyyətindən geniş şəkildə bəhs edib.

Daha sonra Naxçıvan Dövlət Universitetinin tarix elmləri doktoru, professor Sevinc Abbasova çıxış edərək kitabın elmi və tarixi baxımdan dəyərini vurğulayıb.

Tədbirdə, həmçinin, kitabın tərtibçiləri – tarix müəllimləri Aytən Hüseynova və Gülnar Niftəliyeva çıxış edərək nəşrin hazırlanma prosesi, toplanmış materiallar və kollecin tarixində mühüm iz qoyan hadisələr haqqında danışıblar.

Sonda isə kollecin 100 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.