Xəbərlər

Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə II kurs tələbələri üçün İngilis dilində işgüzar və akademik kommunikasiya fənnindən növbəti dərs Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində təşkil olunub.

Slide 1
Slide 2

Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə II kurs tələbələri üçün İngilis dilində işgüzar və akademik kommunikasiya fənnindən növbəti dərs Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində təşkil olunub.

24 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə II kurs tələbələri üçün İngilis dilində işgüzar və akademik kommunikasiya fənnindən növbəti dərs Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində təşkil olunub.

Dərsin keçirilməsində məqsəd tələbələrin ingilis dilində peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirmək, işgüzar və akademik mühitdə istifadə olunan terminologiya ilə tanış etmək, eləcə də onları real tədris mühitində xarici dil biliklərini tətbiq etməyə təşviq etmək olmuşdur.

Tədris prosesi Xarici dillər fakültəsinin müasir tədris şəraiti, multimedia avadanlıqları və interaktiv metodlardan istifadə etməklə həyata keçirilib. Dərs zamanı tələbələr danışıq, dinləmə və təqdimat bacarıqları üzrə müxtəlif praktik tapşırıqları yerinə yetiriblər.

Müəllimlər tərəfindən tələbələrə iş görüşməsində iştirak, akademik təqdimatların hazırlanması, elektron yazışma qaydaları, eləcə də müasir işgüzar ünsiyyət etikası mövzularında məlumat verilib. Dərs müzakirə, sual-cavab və qrup işi formatında davam edib.

Dərsin sonunda tələbələrə Naxçıvan Dövlət Universitetinin tədris mühiti və fakültənin xarici dil öyrənməsində tətbiq etdiyi innovativ üsullar haqqında məlumat verilib. Bu cür birgə dərslər kollec və universitet arasında qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə, tələbələrin təcrübə mübadiləsinə və motivasiyasının artırılmasına xidmət edir.