Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə "Tarix Müzeyi"ndə ekuskursiyada olmuşlar.

Slide 1

21 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə "Tarix Müzeyi"ndə ekuskursiyada olmuşlar.

Ekskursiyanın əsas məqsədi tələbələrdə Vətənimizin tarixi irsinə, milli-mədəni dəyərlərinə maraq və hörmət hissinin artırılması, həmçinin Konstitusiya və Suverenlik İlində ölkəmizin inkişaf yolunun daha dərindən öyrənilməsi olmuşdur.

Tələbələr muzeydə sərgilənən qədim maddi-mədəniyyət nümunələri, tarixi sənədlər və eksponatlarla tanış olmuş, Naxçıvanın qədim və zəngin tarixini əks etdirən bölmələri maraqla izləmişlər. Ekskursiya zamanı muzey əməkdaşları tələbələrə Naxçıvanın dövlətçilik ənənələri, iqtisadi və sosial inkişafı barədə ətraflı məlumat vermişlər.