"Dövlət müstəqilliyinin bərpası günü" ilə əlaqədar "Tarix" Muzeyini ziyarət etmişlər.
17 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənlər birləşməsi komissiyasının tarix müəllimləri və Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının Baytarlıq ixtisası üzrə müəllimi, tələbələrlə birlikdə "Dövlət müstəqilliyinin bərpası günü" ilə əlaqədar "Tarix" Muzeyini ziyarət etmişlər.
Əvvəlcə kollecin tarix müəllimi tərəfindən Dövlət müstəqilliyimizin bərpası ilə bağlı açıq dərs keçirilmişdir. Dərsdə müəllim müstəqilliyin bərpa olunması prosesinin tarixi əhəmiyyətini vurğulamış, 20-ci əsrin əvvəllərində dövlətimizin müstəqil olması uğrunda mübarizələrdən, 1991-ci ildə müstəqilliyimizin elan edilməsindən və bu müddətdə xalqımızın yaşadığı çətinliklərdən bəhs etmişdir. O, müstəqilliyin hər bir vətəndaş üçün nə qədər önəmli olduğunu, tarixi şəxsiyyətlərin müstəqilliyin bərpası yolunda göstərdiyi cəsarət və fədakarlığı ön plana çəkərək, tələbələrə müstəqil dövlətin təmin etdiyi azadlıqları, suverenliyi və iqtisadi inkişafa gedən yolda mövcud imkanların qiymətini anlamağı tövsiyə etmişdir. Tələbələr dövlət müstəqilliyimizin əldə edilməsinin tarixi haqqında ətraflı məlumatlandırılmışdır.
Daha sonra kollektiv muzeyin eksponatları ilə yaxından tanış olmuşdur. Muzey ziyarəti tələbələr tərəfindən maraqla qarşılanmış və onların tarixə olan maraqlarını artırmışdır. Bu cür tədbirlər, tələbələrin tarixi biliklərini zənginləşdirmək və müstəqilliyin əhəmiyyətini daha dərindən anlamaq baxımından çox dəyərlidir.

