17 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə açıq dərs keçirmişdir.

Açıq dərs kollecin direktoru Asəf Ruşanovun giriş sözü ilə başlamışdır. Direktor çıxışında Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixi, bu əlamətdar günün əhəmiyyəti və müstəqilliyin qorunub saxlanılmasında gənc nəslin üzərinə düşən vəzifələr barədə geniş məlumat vermişdir.
Daha sonra kollecin müəllimləri mövzu ətrafında çıxış etmiş, Azərbaycan Respublikasının müstəqillik yolunda keçdiyi tarixi mərhələlər, əldə olunan nailiyyətlər və qarşıya qoyulan hədəflər barədə fikirlərini bölüşmüşlər.
Tədbirin sonunda tələbələr də çıxış edərək müstəqilliyin əhəmiyyəti və gənclərin bu istiqamətdəki rolu barədə düşüncələrini ifadə etmişlər.
Açıq dərs iştirakçılar tərəfindən maraqla qarşılanmış, həm tarixi biliklərin zənginləşdirilməsi, həm də vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.