11.10.2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Texniki ixtisaslar fənnlər Birləşməsi komissiyasının müəllimi kollecin tələbələri, Şəhid Araz Məmmədovun evini ziyaret etdilər
11 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Texniki ixtisaslar fənnlər Birləşməsi komissiyasının müəllimi kollecin tələbələri, Vətən uğrunda canından keçmiş Şəhid Araz Məmmədovun evini ziyarət etdilər. Ziyarət zamanı şəhidin ailəsi ilə görüşən müəllim və tələbələr, onun keçdiyi şərəfli yol və Vətənə olan bağlılığı haqqında məlumat aldılar.
Tədbirin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yaşatmaq, gənc nəsillərə onların göstərdiyi qəhrəmanlıqları və vətənpərvərliyi təlqin etməkdir.
Sonda, şəhid Araz Məmmədovun xatirəsinə ehtiram göstərilərək ruhuna dualar oxundu