Xəbərlər

Ümumtəhsil texniki fənn birləşmə komissiyasının müəllimləri "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq kollecin tələbələri ilə birlikdə Tarix Muzeyini ziyarət etmişlər.

Slide 1
Slide 2
Slide 3

Ümumtəhsil texniki fənn birləşmə komissiyasının müəllimləri "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq kollecin tələbələri ilə birlikdə Tarix Muzeyini ziyarət etmişlər.

15 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil texniki fənn birləşmə komissiyasının müəllimləri "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq kollecin tələbələri ilə birlikdə Tarix Muzeyini ziyarət etmişlər.
Ziyarətin əsas məqsədi tələbələrdə dövlətçilik ruhunu, milli kimlik duyğusunu və Azərbaycan Respublikasının Konstitusiyasına hörmət hissini daha da gücləndirmək olmuşdur. Muzey ekskursiyası zamanı tələbələrə Azərbaycanın dövlətçilik tarixi, müstəqillik uğrunda aparılan mübarizələr, həmçinin milli suverenliyimizin bərpası və qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir.
Sonda tələbələr muzey ekspozisiyalarını böyük maraqla izləyib, Azərbaycanın keçdiyi tarixi inkişaf mərhələləri haqqında yeni biliklər əldə ediblər. Belə tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsində, onların milli mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasında mühüm rol oynayır.