Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimi bir qrup tələbə Naxçıvan Dövlət Universitetinin Kitabxanasında tanışlıq məqsədli səfərdə olmuşdur

Slide 1
Slide 2

14 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimi bir qrup tələbə Naxçıvan Dövlət Universitetinin Kitabxanasında tanışlıq məqsədli səfərdə olmuşdur.

Tanışlıq zamanı tələbələrə kitabxananın fəaliyyəti, fond tərkibi, elektron resurslar və müasir kitabxana xidmətləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, tələbələrə kitabxanada mövcud olan mütaliə imkanları və akademik axtarış sistemlərindən istifadə qaydaları nümayiş etdirilmişdir.

Bu səfər tələbələrin elmi-informasiya bazası ilə yaxından tanış olmalarına, müstəqil öyrənmə vərdişlərinin formalaşdırılmasına və informasiya resurslarından səmərəli istifadə bacarıqlarının inkişafına xidmət etmişdir.

Sonda tələbələr və müəllim heyəti kitabxana əməkdaşlarına yaradılan şərait və göstərilən diqqət üçün təşəkkür etmişlər.