Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənlər birləşməsi komissiyasının müəllimləri və tələbələri “ Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Ədəbiyyat Muzeyində ekskursiyada olmuşlar.

Slide 1
Slide 2

Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənlər birləşməsi komissiyasının müəllimləri və tələbələri “ Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Ədəbiyyat Muzeyində ekskursiyada olmuşlar.

10 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənlər birləşməsi komissiyasının müəllimləri və tələbələri “ Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Ədəbiyyat Muzeyində ekskursiyada olmuşlar.
Ekskursiyanın məqsədi tələbələrdə milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Azərbaycan suverenliyinə hörmət hissinin aşılanması, həmçinin Azərbaycan ədəbiyyatında dövlətçilik ideyalarının əksini öyrənmək olmuşdur.
Muzeydə tələbələr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığı ilə tanış olmuş, ədəbi irsimizdə müstəqillik və vətənpərvərlik mövzularının bədii təcəssümü haqqında ətraflı məlumat almışlar.
Tədbir zamanı ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsindəki tarixi rolu, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirilməsi xüsusi vurğulanmışdır.